...

Yanvar-sentyabr aylarında Azərbaycanda avtonəqliyyatla yükdaşımalarının həcmi artıb

İqtisadiyyat Materials 16 Oktyabr 2025 20:20 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Azərbaycanda avtonəqliyyatla yükdaşımalarının həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanda avtomobil nəqliyyatı ilə həyata keçirilən beynəlxalq yükdaşımaların ümumi dəyəri 10,028 milyard ABŞ dolları, həcmi isə 4,7 milyon ton təşkil edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 805 milyon dollar və ya 8,7 faiz, həcm baxımından isə 364 min ton və ya 8,5 faiz artım deməkdir.

Hesabat dövründə avtomobil nəqliyyatı ilə Azərbaycandan ümumi dəyəri 1,8 milyard ABŞ dolları olan və həcmi 2 milyon ton təşkil edən yüklər ixrac olunub. Bu da ötən illə müqayisədə dəyər baxımından 311 milyon dollar və ya 20,7 faiz, həcm baxımından isə 305 min ton və ya 18 faiz çoxdur.

Eyni zamanda, cari ilin ilk doqquz ayında avtomobil nəqliyyatı ilə Azərbaycana ümumilikdə dəyəri 8,2 milyard ABŞ dolları dəyərində 2,7 milyon ton yük idxal edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 494 milyon dollar və ya 6,4 faiz, həcm baxımından isə 61 min ton və ya 2,3 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti