Bakı. Trend:
Nyu-York əmtəə birjasının bölməsi olan Comexdə qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Trend xəbər verir ki, 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın qiyməti bir troy unsiyası üçün 4300 dolları keçib.
Qiymətli metalın dəyəri 2,47% artaraq 4305,3 dollar/unsiya olub. Daha sonra artım tempi bir qədər zəifləyib və qiymət 2,35% artımla 4300,3 dollar/unsiya səviyyəsində qərarlaşıb.
Bu ilin əvvəlindən etibarən qızıl 59,19%, oktyabrın əvvəlindən isə 8,02% bahalaşıb.
Eyni zamanda, Comex birjasında 2025-ci ilin dekabr tədarükü üçün gümüş fyuçerslərinin qiyməti 3,8% artaraq bir troy unsiyası üçün 53,33 dollara yüksəlib.