...

Bricit Bardo ağır xəstəlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Dünya xəbərləri Materials 16 Oktyabr 2025 23:35 (UTC +04:00)
Bricit Bardo ağır xəstəlik diaqnozu ilə xəstəxanaya yerləşdirilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tanınmış fransız aktrisa Bricit Bardo “ağır xəstəlik” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir ki, bu barədə “Nice Matin” qəzeti məlumat yayıb.

Jurnalistlərin bildirdiyinə görə, Bardo artıq üç həftədir Tulondakı özəl xəstəxanada müalicə olunur və burada əməliyyat keçirib. Aktrisanın yaxın günlərdə evə buraxılacağı gözlənilsə də, “Nice Matin” onun vəziyyətinin hələ də narahatlıq doğurduğunu yazır.

91 yaşlı Bricit Bardo dünya kinosunun əfsanəsi hesab olunur – o, 21 illik karyerası ərzində 45 filmdə rol alıb, 70-dən çox mahnı ifa edib.

1973-cü ildən etibarən Bardo heyvan hüquqlarının müdafiəsinə yönəlmiş fondun fəaliyyətinə həsr olunub.

Bir neçə həftə əvvəl aktrisa 2020–2025-ci illər arasında üzərində işlədiyi “BBcédaire” adlı kitabını da nəşr etdirib.

Xəbər lenti

Xəbər lenti