Bakı. Trend:
İslam Həmrəylik Oyunlarında uşu-sanda yarışlarında ölkəmizi təmsil edəcək idmançıların adları artıq təsdiqlənib.
Trend Azərbaycan Uşu-Sanda Federasiyasına istinadən xəbər verir ki, yarışlarda Azərbaycanı 3 kişi və 2 qadın idmançı təmsil edəcək:
Elçin Eminov – 60 kq
Hamzə Rəsulzadə – 70 kq
Elvin Abbasov – 85 kq
Xalidə Mirzəyeva – 56 kq
Azərpur Mirfatimə – 60 kq
Komandaya böyük məşqçi Bəhrəddin Səlimov və yığmanın məşqçisi Rəşad İsayev rəhbərlik edəcəklər.