Bakı. Trend:
Qazaxıstanın “Kayrat” klubunun 19 yaşlı yetirməsi Dias Toleu oyun zamanı ölüb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, futbolçu Qazaxıstan I Liqasının “Xan-Tenqri” – “Ekibastuz” qarşılaşmasının 65-ci dəqiqəsində meydanda yıxılıb. O, xərəkdə meydandan kənarlaşdırılıb, lakin tibbi müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunur ki, Dias Toleu 2006-cı ildə Almatıda anadan olub, “Kayrat” akademiyasının yetirməsi olub və 2024-cü ildə “Xan-Tenqri” klubuna keçmişdi.