Bakı. Trend:
Londonun ICE birjasında 2025-ci ilin dekabrında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 2025-ci il mayın 7-dən bəri ilk dəfə bir barel üçün 61 dolların altına düşüb.
Trend xəbər verir ki, Brent markalı neft 2,4% ucuzlaşaraq 60,96 dollar/barel səviyyəsinə enib.
Eyni zamanda, 2025-ci ilin dekabrında tədarük üçün WTI markalı xam neftin fyuçersləri də 2,5% azalaraq bir barel üçün 57,37 dollar olub.