...

“Kiss” qrupunun həmtəsisçisi Eys Freyli vəfat edib

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 06:41 (UTC +04:00)
“Kiss” qrupunun həmtəsisçisi Eys Freyli vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gitara ifaçısı və ABŞ-nin məşhur “Kiss” rok qrupunun həmtəsisçisi Pol Daniel “Ace” Freyli 74 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə “Variety” jurnalı ailənin bəyanatına istinadən məlumat yayıb.

“Biz tamamilə sarsılmışıq və ürəyimiz qırılıb. Onun ölümünün böyüklüyünü dərk etmək çətindir. Bütün inanılmaz nailiyyətlərini xatırlayaraq, Eysin xatirəsinin əbədi olaraq yaşamasını təmin etməyə çalışacağıq”, – bəyanatda qeyd olunub.

Məlumata görə, musiqiçi oktyabrın 16-da, keçən ay studiya qəzası zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib. Frehley beyin qanaması keçirdiyi üçün son həftələrdə planlaşdırılmış konsertlərini ləğv etməli olmuşdu.

Xəbər lenti

Xəbər lenti