...

Avstraliya Ordusunda "M113" zirehli texnikası xidmətdən çıxarılacaq

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 08:34 (UTC +04:00)
Avstraliya Ordusunda "M113" zirehli texnikası xidmətdən çıxarılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliya Müdafiə Qüvvələrinin "M113" zirehli transportyorlarından ibarət bölüyü təlim zamanı bir əsgərin ölümü ilə bağlı aparılan araşdırma nəticəsində xidmətdən çıxarılacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və müdafiə naziri Riçard Marlz məlumat verib.

Nazirin sözlərinə görə, "M113" transportyorlarından istifadə, iki əsgərin yaralanması və birinin ölümü ilə nəticələnən qəzanın səbəbləri tam aydınlaşdırılana qədər dayandırılacaq.

“Nə baş verdiyini anlayana qədər bu, ağlabatan addımdır. Vaxt keçdikcə onlar hazırda istehsalda olan və 2027-ci ildə Avstraliya Ordusuna təhvil veriləcək yeni ‘Redback’ döyüş maşınları ilə əvəzlənəcək. Bununla belə, ‘M113’ keçid dövründə xidmətini davam etdirəcək,” – deyə Marlz bildirib.

Qeyd edək ki, "M113" zirehli transportyorları 1960-cı illərdən bəri Avstraliya Ordusunun əsas hərbi texnikalarından biri sayılır.

Xəbər lenti

Xəbər lenti