...

İspaniyada Pablo Pikassonun əsəri daşınma zamanı yoxa çıxıb

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 05:24 (UTC +04:00)
İspaniyada Pablo Pikassonun əsəri daşınma zamanı yoxa çıxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya polisi məşhur rəssam Pablo Pikassonun əsərinin Madriddən Qrenadaya aparılarkən yoxa çıxması faktını araşdırır.

Trend xəbər verir ki, “Gitaralı natürmort” adlı tablo Qrenadada sərgilənmək üçün daşınırdı. İlkin versiyalara əsasən, əsər oğurlanıb. Onun dəyəri 600 min avrodan çox qiymətləndirilir.

Qeyd edək ki, bu, Pikassonun əsərləri ilə bağlı ilk oğurluq hadisəsi deyil. Rəssamın 100 tablosu 1976-cı ildə Fransada oğurlanmış, lakin bir müddət sonra tapılaraq sahiblərinə qaytarılmışdı.

Xəbər lenti

Xəbər lenti