...

Ficidə 5,3 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 05:42 (UTC +04:00)
Ficidə 5,3 bal gücündə zəlzələ baş verib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fici Respublikasına aid olan Kadavu adasının cənubunda 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 10 mindən çox insanın yaşadığı adadan təxminən 400 kilometr aralıda, ocağı isə 550 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti

Xəbər lenti