...

Peruda “Azərbaycanı kəşf et” adlı fotosərgi açılıb (FOTO)

Siyasət Materials 17 Oktyabr 2025 08:42 (UTC +04:00)
Peruda “Azərbaycanı kəşf et” adlı fotosərgi açılıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Perunun paytaxtı Limanda turistlərin ən çox ziyarət etdiyi Kennedi parkında “Azərbaycanı kəşf et” adlı fotosərginin açılışı keçirilib.

Trend xəbər verir ki, tədbirdə Miraflores rayonunun bələdiyyə başçısı Karlos Kanales Ançorena, Peru–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen Korel Kira Alkaraz Aqiero, diplomatik korpusun nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Miraflores rayonunun bələdiyyə başçısı sərginin əhəmiyyətindən danışaraq, bu təşəbbüsün Peru və Azərbaycan arasında mədəni dialoqun güclənməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Azərbaycan Respublikasının Perudakı səfiri M.Talıbov adından çıxış edən səfirliyinin nümayəndəsi Gültən Qafqazlı-Novruzova qonaqlara ölkəmizin zəngin mədəniyyəti, turizm potensialı, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri, milli mətbəxi, musiqisi və rəqsləri barədə ətraflı məlumat verib.

Tədbirdə həmçinin Peru-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, konqresmen K.Alkaraz çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra qonaqlar fotosərgi ilə tanış olublar və onlara nümayiş etdirilən hər bir foto haqqında ətraflı məlumat verilib. Sərgidə Azərbaycanın təbiətinin gözəllikləri, tarixi abidələri, milli rəqsləri və mətbəxi əks etdirən fotolar yer alıb. Tədbir yerli ictimaiyyət və turistlər tərəfindən böyük maraqla qarşılanıb.

Fotosərgi oktyabr ayının 31-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti