...

Kürdəmir şəhərində uşaq bağçasında yanğın baş verib

Hadisə Materials 17 Oktyabr 2025 08:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmir şəhərində yerləşən uşaq bağçasında yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, şəhərdə fəaliyyət göstərən bağçanın ərazisində 7 m² sahədə taxta tullantıları, həmçinin ümumi sahəsi 800 m² olan ikimərtəbəli, 16 otaqlı binanın iki otağında yanar konstruksiyalar 50 m² sahədə yanıb.

Bundan əlavə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri alovu tam söndürüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti