Bakı. Trend:
2025-ci ilin yanvar-sentyabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 330,8 mln. manat və ya 7,64% artım qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 141,99 mln. manat və ya 10,1%, qeyri-büdcə təşkilatları üzrə isə 367,77 mln. manat və ya 13,39% artımla olub.