...

Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 17 Oktyabr 2025 10:01 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı.Trend:

İtaliyanın Auqusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,11 ABŞ dolları və ya 1,73% azalaraq, 63,15 dollar təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,14 dollar və ya 1,82% ucuzlaşaraq 61,41 dollar təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,5 dollar və ya 0,99% azalaraq, 49,91 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,83 dollar və ya 1,32% azalaraq 61,78 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti