...

Qəzza sazişinin ilk mərhələsi yekunlaşmaq üzrədir

Dünya xəbərləri Materials 17 Oktyabr 2025 10:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza ilə bağlı sazişin birinci mərhələsinin icrası yekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdəl Ati keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında müharibənin başa çatdığını elan edib. O, İsrail knessetində çıxışı zamanı Yaxın Şərqdə terror dövrünün sona çatdığını və regionun tarixi bir sülhə qədəm qoyduğunu vurğulayıb.

Həmin gün səhər HƏMAS qruplaşması son israilli girovları azad edib, qarşı tərəf isə 1966 fələstinli məhbusu sərbəst buraxıb. “Əl Ərəbiyyə” telekanalının məlumatına görə, HƏMAS Fələstin Milli Administrasiyası ilə münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti