...

AMB və DB dayanıqlı inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib (FOTO)

İqtisadiyyat Materials 17 Oktyabr 2025 10:07 (UTC +04:00)
AMB və DB dayanıqlı inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (DB) arasında dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Trend AMB-yə istinadən xəbər verir ki, bu Mərkəzi Bankın sədri Taleh Kazımovun Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vaşinqton şəhərinə işgüzar səfəri çərçivəsində Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşü zamanı baş tutub.

Görüş zamanı ölkədə makroiqtisadi sabitliyin təmin olunması və maliyyə inklüzivliyinin genişləndirilməsi istiqamətində DB ilə əməkdaşlıqdan məmnunluq bildirilərək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsində nəzərdə tutulan təşəbbüslər və həyata keçirilən layihələr müzakirə olunub.

Görüşdə həmçinin dayanıqlı inkişaf məqsədlərinə dəstək istiqamətində əməkdaşlığın uzunmüddətli perspektivdə genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti