...

"Qafqaz sülhə yaxındır, lakin ən vacib addım hələ atılmayıb" - Çingiz Fərzəliyev "Tofiq Abbasovla dialoq" verlişində (VİDEO/FOTO)

Siyasət Materials 17 Oktyabr 2025 10:51 (UTC +04:00)
"Qafqaz sülhə yaxındır, lakin ən vacib addım hələ atılmayıb" - Çingiz Fərzəliyev "Tofiq Abbasovla dialoq" verlişində (VİDEO/FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Baku Network” ekspert platformasında “Tofiq Abbasovla dialoq” analitik videolayihəsinin növbəti buraxılışının qonağı professor, Azərbaycanın əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev olub.

Dərin, emosional məzmunlu söhbət zamanı professor, Qafqazın taleyi, mədəniyyətin düşmənçiliyi aradan qaldırmaq və xalqları birləşdirmək baxımından gücü, həmçinin Azərbaycanın dünyanın formalaşmaqda olan yeni geosiyasi arxitekturasında tutduğu strateji mövqe barədə düşüncələrini bölüşüb.

Ç.Fərzəliyev söhbətə regionunun tarixi yolunun fəlsəfi aspektdən qiymətləndirməklə başlayıb:

“Biz artıq güc qarşıdurması səhifəsini demək olar ki, çevirmişik, lakin hərtərəfli sülhə aparan son, ən vacib addım hələ qalıb. Aramızda hələ də məsafə var. Bəs bu, normaldırmı? Əlbəttə ki, yox. Amma vəziyyət belə gətirib.”

Ç. Fərzəliyev vurğulayıb ki, onun nəslinin payına - SSRİ-nin süqutundan tutmuş faciələrə və azərbaycanlıların evlərinə yenidən daxil olmuş müharibələrə kimi - bütöv bir epoxanı yaşamaq düşüb.

“Biz elə şeylər gördük ki, heç kim onların baş verəcəyini təsəvvürünə belə gətirməzdi – İttifaq və partiya süqut etdi . Ardınca isə müharibə yenidən bizim qapımıza döydü,”- deyə o bildirib.

O müharibədən əvvəlki onillikləri emosional şəkildə xatırlayıb:

“Bakıda çoxlu sayda erməni yaşayırdı. Onlar bizim qonşularımız, dostlarımız, sinif yoldaşlarımız idilər. Bir-birimizin toylarına, ad günlərinə gedib-gəlirdik. Hər şey normal idi. Və qəfildən, bir anda kiminsə ağlına gəldi bu xalqların arasını vursun.”

Trend verlişin tam videoyazısını təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti