Bakı. Trend:
17 oktyabr 2025-ci il tarixində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbaya nəzakət ziyarəti edib.
Trend xəbər verir ki, Kayrat Sarıbay Ramil Həsəni vəzifə səlahiyyətlərinin icrasına başlaması münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Görüşdə tərəflər iki qurum arasında uzun illər davam edən əməkdaşlığı qeyd edərək əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Hər iki tərəf maraq doğuran sahələrdə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinə və regional dialoqun, sülhün və əməkdaşlığın təşviqinə yönəlmiş tərəfdaşlıq istiqamətində yeni yolların araşdırılmasına sadiqliyini ifadə ediblər.