Bakı.Trend:
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Q.Məmmədov küçəsində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, hadisə oktyabrın 2-də baş verib.
Belə ki, 1964-cü il təvəllüdlü Mirhətəm Seyidov idarə etdiyi “Mercedes 208D” markalı avtomobillə 1949-cu il təvəllüdlü Şirvan Ağayevi vurub.
Hadisə nəticəsində piyada Ş.Ağayev oktyabrın 16-da müalicə aldığı xəstəxanada həyatını itirib.
Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.