...

Bu il reklam haqlarının ödənilməməsinə görə yazılan cərimələrin məbləği açıqlanıb

İqtisadiyyat Materials 17 Oktyabr 2025 11:43 (UTC +04:00)
Bu il reklam haqlarının ödənilməməsinə görə yazılan cərimələrin məbləği açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin ilk üç rübü ərzində 140-dan çox sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, tətbiq edilən cərimələrin ümumi məbləği 135,000 (yüz otuz beş min) manatı keçib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dövlət Reklam Agentliyindən məlumat verilib.

Bildirilib ki, bundan əlavə, agentlik tərəfindən icazə şərtlərinə uyğun olaraq ödənilməmiş yayım haqları üzrə yaranmış borcların ödənilməsini təmin etmək məqsədilə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

"Belə ki, ilkin mərhələdə borcun ödənilməsi barədə müvafiq qərar qəbul olunur və reklam yayıcıları bu barədə rəsmi qaydada yazılı şəkildə xəbərdar edilir. Onlara borcun könüllü şəkildə ödənilməsi üçün müəyyən vaxt verilir.
Lakin xəbərdarlıqdan sonra da borc ödənilmədikdə, növbəti mərhələdə tələbin məcburi icraya yönəldilməsi barədə qərar qəbul olunur və bu qərar icra olunmaq üçün aidiyyəti icra qurumlarına təqdim edilir. Bu mexanizm həm dövlətin maliyyə maraqlarının qorunmasına, həm də reklam bazarında öhdəliklərin icrasında intizamın və məsuliyyətin gücləndirilməsinə xidmət edir".

Həmçinin qeyd edilib ki, bəzi reklam yayıcıları tərəfindən reklamla bağlı tələblərə riayət olunmaması halları müşahidə edilir. Ayrı-ayrı sahibkarlar qüvvədə olan icazə üzrə müəyyən edilmiş aylıq yayım haqqını vaxtında ödəməmək və ya ümumiyyətlə, icazə almadan reklam yerləşdirməklə müəyyən edilmiş maliyyə öhdəliklərindən yayınmağa cəhd edirlər.

"Bu cür hallar qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlər üçün qeyri-bərabər rəqabət mühiti formalaşmasına səbəb olur",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti