...

Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği açıqlanıb

İqtisadiyyat Materials 17 Oktyabr 2025 11:04 (UTC +04:00)
Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar – sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublika üzrə istehlakçılara 1,3 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) məbləği geri qaytarılıb.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz çoxdur. Ümumiyyətlə, layihənin icrası müddətində istehlakçılara qaytarılan məbləğ 3,6 milyon manatdan çox olub.

"Yeni nəsil nəzarət-kassa aparatlarından (NKA) istifadənin genişlənməsi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin gücləndirilməsinə şərait yaradıb. 2025-ci ilin 9 ayında Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 364,1 milyon manatdan artıq olub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 69,3 milyon manat və ya 23,5 faiz çoxdur", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti