...

Almaniya Azərbaycan neftinin idxalını əhəmiyyətli dərəcədə artırıb

Energetika Materials 17 Oktyabr 2025 12:25 (UTC +04:00)
Almaniya Azərbaycan neftinin idxalını əhəmiyyətli dərəcədə artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar–sentyabr aylarında Azərbaycandan Almaniyaya 445,3 milyon ABŞ dolları dəyərində 841,9 min ton neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,5 milyon dollar və ya 3,4 faiz az, lakin həcm baxımından 137,8 min ton və ya 19,6 faiz çox olub.

Ötən ilin müvafiq dövründə isə Azərbaycandan Almaniyaya 460,8 milyon ABŞ dolları dəyərində 704,1 min ton neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac edilib.

Hesabat dövründə Almaniya Azərbaycan neft və neft məhsullarının ixrac edildiyi ölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, cari ilin yanvar–sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 8,939 milyard ABŞ dolları dəyərində, ümumilikdə 16,996 milyon ton xam neft və bitumlu süxurlardan alınmış neft məhsulları ixrac olunub.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,069 milyard dollar və ya 18,8 faiz, fiziki həcmdə isə 613 min ton və ya 3,5 faiz azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti