...

"Fənərbaxça"nın futbolçusu köhnə komandasında qayıdır

İdman Materials 17 Oktyabr 2025 13:54 (UTC +04:00)

Bakı. Trend:

“Fənərbaxça”nın futbolçusu Fred (Frederiko Rodriqez de Paula Santos) karyerasını öz ölkəsində davam etdirə bilər.

Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun xidmətində “İnternasyonal” maraqlıdır.

Təcrübəli yarımmüdafiəçinin qışda sabiq komandasına qayıtmağı gündəmdədir. Braziliya klubu onun keçidini məhz bu qış həll etməyə çalışır.

“İnternasyonal”, “Şaxtyor”, “Mançester Yunayted” klublarında oynamış Fred 2023-cü ildə “Fənərbaxça”ya keçib.

Onun Türkiyə klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər lenti

Xəbər lenti