...

“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb (FOTO)

Siyasət Materials 17 Oktyabr 2025 21:31 (UTC +04:00)
“AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla başa çatıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən “AZIREX-2025” birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Xəbər lenti

Xəbər lenti