...

Bərpa olunan enerji mənbələri Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsidir - Diplomat

İqtisadiyyat Materials 17 Oktyabr 2025 15:45 (UTC +04:00)
Bərpa olunan enerji mənbələri Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsidir - Diplomat
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Çili arasında əməkdaşlığın ən vacib sahəsi bərpaolunan enerji mənbələri sektorudur.

Bunu Trend-ə Çilinin Azərbaycandakı müvəqqəti işlər vəkili Xuan K. Salazar Amputant Futbolu üzrə Millətlər Liqasının açılış mərasimi çərçivəsində bildirib.

“Əgər Çilinin Azərbaycanla kommersiya və ya iqtisadi münasibətlərə marağından danışsaq, ilk növbədə qeyd etməliyəm ki, bizim üçün ən böyük əhəmiyyət daşıyan sahə enerji sektorudur. Xüsusilə bu, iqlim məqsədlərinə nail olmağa kömək edəcək yeni və ekoloji cəhətdən təmiz enerji mənbələrinə aiddir, bununla yanaşı iqtisadiyyatda bərpaolunan enerji mənbələrinin aktivləşdirilməsinə və daha səmərəli istifadəsinə töhfə verir”,- deyə diplomat qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda Amputant futbolu üzrə Millətlər Liqasının “C” qrup oyunlarının açılış mərasimi keçirilib. Tədbir ASCO Arenada baş tutub. Bu turnirin Azərbaycanda keçirilməsi ölkədə mövcud mina probleminə dünya ictimaiyyətinin diqqətini cəlb etmək və mina qurbanlarını beynəlxalq idman meydanlarında bir araya gətirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti