Bakı. Trend:
2025-ci ilin 9 ayı ərzində Dövlət Miqrasiya Xidmətinə fəaliyyət istiqamətləri üzrə 352 386 müraciət daxil olub.
Trend-in DMX-in rəsmi saytından əldə etdiyi məlumata görə, müraciətlərin bölgüsü aşağıdakı kimi olub:
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlər – 176 873
- Azərbaycan Respublikasının ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 58 930
- Vətəndaşlıq məsələləri ilə bağlı müraciətlər – 947
- Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı müraciətlər – 11 054
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı müraciətlər – 7 068
- Çağrı mərkəzinə daxil olan zənglər – 59 405
- Xidmətin sosial şəbəkə hesabları və “onlayn bələdçi” xidməti vasitəsilə daxil olan müraciətlər – 12 044
- Vətəndaşlardan, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən müxtəlif məsələlərlə bağlı daxil olmuş ərizə, şikayət və təkliflər – 9 146
- Digər müraciətlər – 16 919