Bakı. Trend:
2025-ci ilin 9 ayında yol-nəqliyyat hadisələrinin sayı ötən ilin eyni dövrü ilə 126 fakt azalıb.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 2025-ci ilin 9 ayının yekunlarına həsr olunan Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, qəzalarda ölənlərin sayı ötən ilin eyni dövrü ilə 13, xəsarət alanların sayı isə 157 nəfər azalıb.