...

Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycan yeni multimodal marşrut açıb

İqtisadiyyat Materials 17 Oktyabr 2025 16:06 (UTC +04:00)
Çin, Mərkəzi Asiya ölkələri və Azərbaycan yeni multimodal marşrut açıb
Kamol Ismailov
Kamol Ismailov
Bütün xəbərlər

Daşkənd. Trend:

Oktyabrın 15-də Çinin Kaşqar şəhərindən Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner qatarı yola salınıb.

Trend-in “Uztemiryulkonteyner” şirkətinə istinadən xəbər verir ki, Siandan və Çendudan göndərilən yüklər əvvəlcə dəmir yolu ilə Kaşqara çatdırılır, daha sonra avtomobil nəqliyyatı ilə Oşa, oradan isə dəmir yolu ilə Türkmənistan limanına və dəniz yolu ilə Bakıya daşınır.

Bu marşrut Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), həmçinin Orta Dəhliz kimi tanınan xəttin cənub qolu hesab olunur. Planlaşdırılır ki, yüklər oktyabrın 21-də Özbəkistana, 24-də isə Türkmənistana çatsın.

Yeni marşrutun işə salınması logistikanın səmərəliliyinin artırılmasına, regionlararası əməkdaşlığın möhkəmləndirilməsinə və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Asiya ilə Avropa arasında müasir nəqliyyat dəhlizinin formalaşmasına yönəlib.

Oktyabrın 15-də Çinin Kaşqar şəhərindən Çin–Qırğızıstan–Özbəkistan–Türkmənistan–Azərbaycan marşrutu üzrə ilk beynəlxalq multimodal konteyner qatarı yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti