...

Bakı Cənubi Qafqazın geosiyasətinin memarı olmaq niyyətindədir - Israel National News

Cəmiyyət Materials 17 Oktyabr 2025 18:18 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Cənubi Qafqazın geosiyasətində müşahidəçi qalmaqla kifayətlənmir, onun memarı olmaq niyyətindədir. İnfrastruktur baxışı, iqtisadi ambisiyaları və strateji diplomatiyası ilə Azərbaycan regional inteqrasiya və sabitliyin yeni dövrünə rəvac verməyə çalışır.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel National News” nəşrində dərc olunmuş “Trampın vasitəçiliyi ilə daha bir razılaşma: Cənubi Qafqazda yeni nizamın yaradılması” başlıqlı məqaləsində yazıb.

Azərbaycanın Cənubi Qafqazda yeni dövrü formalaşdırdığı ərəfədə axtardığı imkanlar, üzləşdiyi risklər və gələcək perspektivlərə aid məqalədə qeyd olunub ki, ölkəmizlə Ermənistan arasındakı razılaşma qarşıdurmadan regional inteqrasiyaya keçidə gətirib çıxara bilər. Bəzi problemlər həllini gözləsə də, Qəzzadan fərqli olaraq burada barışmaz dini radikalizm yoxdur. Əvəzində Bakıda sülhə can atan hakimiyyət var.

Məqalədə Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi fonunda Azərbaycanın yeni regional nizam üçün irəli sürdüyü məsələlərin, Ermənistan ilə 2025-ci il çərçivə sazişinin, ABŞ ilə artan əlaqələrin və infrastruktur layihələrinin ölkəmizin sadəcə uyğunlaşmaq deyil, liderlik strategiyasına işarə etdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu yaxınlarda ABŞ ilə imzalanmış Strateji İşçi Qrupuna dair memorandumun infrastruktur, rəqəmsal innovasiya və ticarət kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Belə ki, yeni dəhlizlərin açılması ilə ticarətin, tranzit haqlarının və logistik xidmətlərdən gələn gəlirlərin artmasını gözləyən Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında inteqrasiya və dinc əməkdaşlığı təşviq edən vasitəçi rolunu öz üzərinə götürür.

Yazıda Azərbaycanın çoxvektorlu xarici siyasətinin - Rusiya ilə qarşılıqlı konstruktiv əlaqələri saxlamaqla ABŞ, Çin və İsraillə əməkdaşlığı gücləndirməsi onun regional məsələlərdə layiqli söz sahibi olmaq istəyini əks etdirdiyi vurğulanıb. Ölkəmizin regional dəhlizlərə inteqrasiya etmək üçün dəmir yolu, avtomobil və enerji şəbəkələrini genişləndirdiyinə diqqət çəkilib. TRIPP/Zəngəzur dəhlizinin köhnə maneələrdən yan keçərək, şərqlə qərb, şimalla cənub, eləcə də Azərbaycan və Naxçıvan arasında birbaşa qüsursuz əlaqənin təminini vəd etdiyi bildirilib.

Sonda israilli politoloq enerji resurslarından, tranzit potensialından və əlverişli investisiya mühitindən faydalanmaqla regional iqtisadi mərkəzə çevrilən Azərbaycanın bu prosesdə meydana çıxa biləcək çağırışların öhdəsindən uğurla gələcəyinə və nəticədə Cənubi Qafqazın həqiqətən də yeni bir mərhələyə - əməkdaşlıq və ortaq rifah dövrünə qədəm qoyacağına əminliyini ifadə edib.

Məqaləni ətraflı şəkildə bu linkdən oxumaq mümkündür: https://www.israelnationalnews.com/news/416083

Məqalədə:
Xəbər lenti

Xəbər lenti