...

Çin Rusiyadan neft idxalını kəskin azaldıb

Dünya xəbərləri Materials 20 Oktyabr 2025 07:43 (UTC +04:00)
Çin Rusiyadan neft idxalını kəskin azaldıb

Bakı. Trend:

Çin yanvar-sentyabr ayları ərzində Rusiyadan idxal etdiyi neftin həcmini ötən ilin eyni dövrü ilə müqayisədə 8,1% azaldaraq 74,04 milyon tona endirib.

Trend xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi yayıb.

Qurumun yenilənmiş statistikasına əsasən, qeyd olunan dövrdə Rusiyadan enerji resurslarının idxal dəyəri 21% azalaraq 37,55 milyard ABŞ dolları təşkil edib.

Rusiyadan sonra Çinin əsas neft tədarükçüsü Səudiyyə Ərəbistanı olub — bu ölkədən idxal həcmi ötən ilin göstəricisinə bərabər qalaraq 59,52 milyon ton səviyyəsində qeydə alınıb.

Ardınca Malayziya (51,23 milyon ton, 4% artım), İraq (49,28 milyon ton), Braziliya (33,33 milyon ton) və Oman (26,22 milyon ton) qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti