...

“Limp Bizkit” qrupunun gitaristi Sem Rivers vəfat edib

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 11:17 (UTC +04:00)
“Limp Bizkit” qrupunun gitaristi Sem Rivers vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məşhur amerikalı rok qrupu “Limp Bizkit”-in bas gitaristi Sem Rivers 48 yaşında vəfat edib.

Trend xəbər verir ki, bu barədə məlumatı qrup öz rəsmi Instagram səhifəsində paylaşıb.

Paylaşımda qeyd olunub: “Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə bas gitarist deyildi – o, sehrin özü idi”.

Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub və indiyədək dünyada 40 milyondan çox albomu satılıb.

Xəbər lenti

Xəbər lenti