Bakı. Trend:
ABŞ-nin Sahil Mühafizəsi, Daxili Təhlükəsizlik naziri Kristi Noem, nazirliyin yüksək səviyyəli rəsmiləri və Sahil Mühafizəsinin vəzifəli şəxsləri üçün 200 milyon dollar dəyərində iki "Gulfstream" şəxsi təyyarəsi almağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə "Washington Post" daxili sənədə istinadən xəbər yayıb.
Qəzet yazır ki, “Sahil Mühafizəsi Daxili Təhlükəsizlik naziri Kristi Noem və nazirliyin digər yüksək vəzifəli şəxsləri, Sahil Mühafizəsi rəsmiləri üçün ümumi dəyəri 200 milyon dollar olan iki 'Gulfstream' şəxsi təyyarəsi almağı planlaşdırır.”
Nəşr vurğulayır ki, təlim, xüsusi boya işi və genişləndirilmiş sərnişin salonu da daxil olmaqla, iki reaktiv təyyarənin dəyəri ilin əvvəlində bir 'Gulfstream' üçün tələb olunan 50 milyon dollardan xeyli yüksəkdir.