...

Monteneqroda U-15 Boks üzrə Avropa çempionatına start verilib

İdman Materials 19 Oktyabr 2025 11:55 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı başlayıb.

Trend xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin üç idmançısı qələbə qazanıb.

Elcan Musazadə (50 kq) 1/16 finalda Litva təmsilçisi Devidas Sisikini 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə məğlub edib. Musazadə növbəti döyüşdə Gürcüstan idmançısı Vladimir Xvistani ilə qarşılaşacaq.

Nəsrin Abdullazadə (40 kq) 1/8 finalda Macarıstan təmsilçisi Ester Moloşanı 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29) hesabı ilə məğlub edib. Abdullazadə 1/4 finalda Türkiyə boksçusu Esila Yıldırımla üz-üzə gələcək.

Leyla Mahmudlu (50 kq) 1/8 finalda İtaliya təmsilçisi Aleksandra Sinaqraya 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə qalib gəlib. O, ikinci görüşünü İspaniya boksçusu Adriana Munos Qinesə qarşı keçirəcək.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı Avropa çempionatı oktyabrın 25-də yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti