...

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərinin nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 21:28 (UTC +04:00)
Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkilərinin nəticələri açıqlanıb (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.

Trend xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.

xxx

20:20

Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Trend xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.

Onun sözlərinə görə, səslərin 48,19 faizi hesablanıb. Rəsmi olmayan məlumata görə, ən çox səsi Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman toplayıb – 63,38 faiz. Hazırkı prezident və müstəqil namizəd Ersin Tatar isə 35,27 faiz səs əldə edib.

xxx

19:35

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTR) keçirilən prezident seçkilərində səsvermə prosesi başa çatıb.

Trend xəbər verir ki, bu barədə məlumatı "Anadolu" Agentliyi yayıb.

Məlumata görə, səsvermə yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) yekunlaşıb.

xxx

11:32

Şimali Kipr Türk Cümhuriyyətində prezident seçkiləri başlayıb.

Trend xəbər verir ki, səsvermə saat 08:00-da start götürüb və 18:00-dək davam edəcək.

Seçkilərlə əlaqədar ölkə üzrə 777 seçki məntəqəsi yaradılıb. Namizədlər prezident seçilmək üçün birinci turda 50% + 1 səs toplamalıdır. Əgər heç bir namizəd bu səs çoxluğunu əldə edə bilməzsə, yeddi gün ərzində ikinci tur keçiriləcək.

Qeyd edək ki, prezident postu uğrunda cəmi 7 namizəd mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti