...

“Nottingem Forest” Postekoqlu ilə yollarını ayırıb

İdman Materials 19 Oktyabr 2025 13:01 (UTC +04:00)
“Nottingem Forest” Postekoqlu ilə yollarını ayırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə Premyer Liqası təmsilçisi “Nottingem Forest” baş məşqçisi Angelos Postekoqlu ilə əməkdaşlığı dayandırıb.

Trend xəbər verir ki, klubun rəsmi açıqlamasında bu qərarın ardıcıl uğursuz nəticələr səbəbindən qəbul edildiyi bildirilib.

Komanda 8-ci turda evdə “Çelsi”yə 0:3 hesabı ilə məğlub olduqdan dərhal sonra rəhbərlik Postekoqlu ilə müqaviləyə xitam verib. Bu nəticə ilə “Nottingem Forest” bütün turnirlər üzrə qələbəsiz oyunlar seriyasını 10 matça çatdırıb və hazırda turnir cədvəlinin 17-ci pilləsində, 5 xalla qərarlaşıb.

Qeyd edək ki, yunan əsilli avstraliyalı mütəxəssis cəmi bir ay öncə – sentyabrın 8-də klubun baş məşqçisi təyin olunmuşdu. 60 yaşlı Postekoqlu ötən mövsüm “Tottenhem”in baş məşqçisi kimi Avropa Liqasının qalibi olmuşdu.

Xəbər lenti

Xəbər lenti