...

Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 14:58 (UTC +04:00)
Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya Xarici İşlər Nazirliyi Gürcüstandakı səfiri Peter Fişeri məsləhətləşmələr üçün geri çağırıb.

Trend xəbər verir ki, bu barədə məlumat Almaniya Xarici İşlər Nazirliyinin X platformasındakı rəsmi səhifəsində dərc olunub.

Bildirilib ki, səfirin geri çağırılmasının məqsədi Gürcüstan ilə münasibətlərdə bundan sonrakı addımları müzakirə etməkdir.

Həmçinin vurğulanıb ki, sabah keçiriləcək Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası toplantısının gündəliyinə Gürcüstanla bağlı məsələ də daxil ediləcək.

Xəbər lenti

Xəbər lenti