...

Münxen aeroportu müvəqqəti bağlanıb

Dünya xəbərləri Materials 19 Oktyabr 2025 15:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Münxen hava limanı ötən gecə şübhəli müşahidələr səbəbindən iki dəfə müvəqqəti bağlanıb.

Trend xəbər verir ki, axşam saat 22:00 radələrində uçuşlar təxminən yarım saatlıq dayandırılıb.

Saat 23:00 radələrində isə daha bir qısa fasilə elan olunub. Hələlik bu müşahidələrin dron görüntüləri olub-olmadığı məlum deyil. Səhər saatlarında isə uçuşlar normal qaydada davam edib.

Xatırladaq ki, oktyabrın əvvəlində də Münxen hava limanı dron müşahidələri ehtimalı ilə iki dəfə bağlanmış və təxminən 10 min sərnişin aeroportda gözləməli olmuşdu. Dron müşahidələrinin artması ilə əlaqədar Almaniya hökuməti federal polisə dronları vurmaq üçün daha geniş səlahiyyətlərin verilməsini planlaşdırır.

Xəbər lenti

Xəbər lenti