...

“Fənərbaxça”nın futbolçusu Fransa klubuna keçə bilər

İdman Materials 18 Oktyabr 2025 14:07 (UTC +04:00)
“Fənərbaxça”nın futbolçusu Fransa klubuna keçə bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirə bilər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Lion” polşalı hücumameyilli yarımmüdafiəçini transfer etmək istəyir.

Liqa 1 klubu Şimanski üçün noyabrda İstanbul nəhənginə təklif göndərməyi planlaşdırır.

26 yaşlı oyunçu “Lion”a keçməyə isti yanaşır.

Qeyd edək ki, “Fənərbaxça” Sebastian Şimanskini 2023-cü ilin yayında Moskva “Dinamo”sundan transfer edib. Polşa millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbər lenti

Xəbər lenti