...

Dörd məhbus Azərbaycandan İrana ekstradisiya olunub

Dünya xəbərləri Materials 18 Oktyabr 2025 10:52 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Azərbaycan arasında məhkumların ekstradisiyası razılaşmasının icrası istiqamətində 4 iranlı məhbus Azərbaycandan İrana ekstradisiya olunub.

Trend-in məlumatına görə, bunu İranın ədliyyə nazirinin insan haqları və beynəlxalq məsələlər üzrə müavini Əskər Calalian yerli mediaya açıqlamasında bildirib.

Onun sözlərinə görə, sözügedən məhbuslar məhbusluq dövrünün qalan hissəsini keçirmək üçün Gilan vilayəti Həbsxanaları Baş İdarəsinə təhvil veriliblər.

Calalian bildirib ki, başqa ölkələrdə, xüsusilə qonşu ölkələrdə məhbus olan iranlıların əksəriyyəti narkotik maddələrin qaçaqçılığı və qadağan olunan dərman preparatları daşıdıqlarına görə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti