...

Millimiz İsraillə heç-heçə edib

İdman Materials 18 Oktyabr 2025 15:49 (UTC +04:00)
Millimiz İsraillə heç-heçə edib

Bakı. Trend:

Azərbaycanın amputant futbolçulardan ibarət yığması Bakıda təşkil olunan Millətlər Liqasının C qrupunda növbəti matçını keçirib.

Trend xəbər verir ki, yığmamız İsraillə üz-üzə gəlib.

"Bayıl Arena" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, milli ötən gün Belçikanı 3:0 hesabı ilə məğlub etmişdi. Komanda növbəti matçlarını oktyabrın 19-da Niderland və Ukrayna millilərinə qarşı keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti