Bakı. Trend:
"Neftçi" heyətini tanınmış futbolçu ilə gücləndirir.
Trend xəbər verir ki, "ağ-qaralar" Kamerun millisinin üzvü Vensan Abubakarla anlaşıb.
Azarkeşləri salamlayan 33 yaşlı forvard "Neftçi" üçün Bakıya gəldiyini bildirib.
Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son iş yeri Türkiyənin digər təmsilçisi "Hatayspor" olub.