...

Bəzi ərazilərdə görünüş 200 metrədək məhdudlaşıb

Cəmiyyət Materials 18 Oktyabr 2025 09:16 (UTC +04:00)
Bəzi ərazilərdə görünüş 200 metrədək məhdudlaşıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daşkəsən, Gədəbəy, Naftalan, Zaqatala, Qax (Sarıbaş), Şəki, Şamaxı, Xızı, Qusar, Quba və Göyçayda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağa qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti