...

Fizika üzrə “Nobel” laureatı vəfat edib

Dünya xəbərləri Materials 18 Oktyabr 2025 10:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

1957-ci ildə fizika üzrə “Nobel” mükafatı laureatı olmuş çinli alim Yan Çjennin vəfat edib.

Trend xəbər verir ki, bu barədə Çinin mərkəzi telekanalı məlumat yayıb.

Alimin 103 yaşında həyatını itirdiyi bildirilir. O Amerikalı həmkarı Robert Millslə birlikdə 20-ci əsr fizikasının ən vacib nailiyyətlərindən sayılan kalibrləmə sahəsi nəzəriyyəsini işləyib hazırlayıb.

Bundan əlavə, o, Enriko Fermi ilə birgə güclü qarşılıqlı təsirə malik elementar zərrəciyin ilk tərkibli modelini təklif edib.

ABŞ-da daimi yaşayan Yan 1999-cu ildə Çinə qayıdaraq Tsinxua Universitetində müəllim kimi fəaliyyətə başlayıb. 2015-ci ildə isə o, Amerika vətəndaşlığından imtina etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti