...

Azərbaycan Gürcüstandan “AI-95” markalı benzin tədarükünü bərpa edib

Energetika Materials 18 Oktyabr 2025 14:41 (UTC +04:00)
Azərbaycan Gürcüstandan “AI-95” markalı benzin tədarükünü bərpa edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 5 ölkədən dəyəri 70,455 milyon ABŞ dolları olan 83,4 min ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə (Aİ-95) benzin idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 36,5 min ton və ya 1,8 dəfə, dəyər baxımından isə 26 milyon ABŞ dolları və ya 58,4% çoxdur.

Eyni zamanda hesabat dövründə Azərbaycandan cəmisi bir ölkəyə - Gürcüstana dəyəri 2,8 milyon ABŞ dolları olan 4,2 min ton “Aİ-95” markalı benzin ixrac edilib. Qeyd edək ki, sözügedən ölkədən Azərbaycana bir neçə ildir ki, “Aİ-95” markalı benzin tədarük edilmirdi.

Ötən ilin eyni dövründə Azərbaycandan xarici ölkələrə “Aİ-95” markalı benzin ixracı qeydə alınmayıb.

2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın “Aİ-95” markalı benzin aldığı ölkələr:

Ölkələr

Miqdar (ton)

Məbləğ (min ABŞ dolları)

Belarus

6964,55

8833,38

Rusiya

51705,95

49196,54

Bolqarıstan

1400,24

1173,08

Rumıniya

11664,79

10015,67

Gürcüstan

1499,08

1236,46

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 946,4 min ton avtomobil benzini istehsal edilib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 27 min ton və ya 2,8% azdır. Ötən ilin ilk səkkiz ayında ölkədə 973,4 min ton avtomobil benzini istehsal olunmuşdu.

Bu ilin sentyabrın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 53,2 min ton təşkil edib.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3,562 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti