...

BDYPİ-dən həftəsonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT

Cəmiyyət Materials 18 Oktyabr 2025 10:21 (UTC +04:00)
BDYPİ-dən həftəsonu səfərə hazırlaşan sürücülərə MÜRACİƏT
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Çoxillik müşahidələr göstərir ki, adətən həftəsonu respublika əhəmiyyətli avtomobil yollarda hərəkət intensivliyi nəzərəçarpacaq dərəcədə artırır.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciətində deyilir.

Bildirilib ki, nəqliyyat axınının tənzimlənməsi məqsədilə zəruri tədbirlər görülsə də, təəssüf ki, bəzən sürücülərin tələskənliyi, diqqətsizliyi səbəbindən məhz bu günlərdə daha ağır yol-nəqliyyat hadisələri qeydə alınır.

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu, xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onları nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, sürət rejiminə, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, yol və hava şəraitini nəzərdən qaçırmamağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti