Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO gəmilərinin iştirakı ilə 18 oktyabr tarixində “Neptun” özüqalxan qazma qurğusunun dənizdə fəaliyyət göstərəcəyi sahəyə – “Ümid” platforması ərazisinə yedəklənməsi əməliyyatı başlayıb.
Trend xəbər verir ki, yedəkləmə əməliyyatında ASCO-nun “Mərdəkan”, “Zirə” və “Andoqa” təchizat-yedək gəmiləri iştirak edirlər.
Xatırladaq ki, “Neptun” özüqalxan qazma qurğusu bu ilin iyun ayında modifikasiya işləri üçün ASCO-nun gəmilərinin dəstəyi ilə Xəzərin Türkmənistan sektorundan ölkəmizə gətirilmişdi. Həmin əməliyyat “Hövsan”, “Hövsan-2”, “SOCAR-1”, “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmilərinin iştirakı ilə həyata keçirilmişdi.