Bakı. Trend:
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Trend xəbər verir ki, Azərbaycan yığması reytinqdə bir pillə irəliləyib.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 1142,25 xalla 123-cü yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya 1880,76 xalla son Avropa çempionu İspaniya millisi başçılıq edir. İkinci sırada son dünya çempionu Argentina (1872,43), üçüncü pillədə isə Fransa (1862,71) yer alıb.