Bakı. Trend:
Macarıstan görüşünün neçə tərəfli olacağını müəyyənləşdirmək lazımdır, amma bu, çox güman ki, ikitərəfli görüş olacaq.
Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə geniş tərkibdə görüş zamanı jurnalistlərin sualına cavabında deyib. O bildirib ki, Prezident Zelenski ilə təmasda olacaq.
“İki prezident arasında çox pis ədavət var. Çox çətin vəziyyətdir. Bu iki lider bir-birini sevmir. Biz bunu hamı üçün rahat etmək istəyirik. Beləliklə, bu və ya digər formada üç tərəf bu işə cəlb olunacaq, lakin bu, ayrı-ayrılıqda ola bilər”, - deyə Tramp qeyd edib.