Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 234 min ton bentonit istehsal olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 69,9 min ton və ya 42,6% çoxdur.
Cari ilin oktyabrın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 230,8 min ton təşkil edib.
Qeyd edək ki, Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,8 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7% azalıb.