Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 87,9 min ton asfalt istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 23,5 min ton və ya 36,5% artıb.
Eyni zamanda cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda 3,4 milyon ton beton istehsal edilib. Bu isə 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 288,1 min ton və ya 7,8% azdır.
Qeyd edək ki, Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində 2025-сi ilin yanvar-sentyabr aylarında istehsalın ümumi dəyəri 1,044 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz azalıb. Dövr ərzində sementin istehsalı 1,8 faiz, sementdən, betondan kərpiclər və oxşar məmulatlarının istehsalı 6,8 faiz, əhəngin istehsalı isə 28,4 faiz azalıb.